Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:55

Dolanışıq bahalaşır


Dolanışıq bahalaşır, işləyən hər bir azərbaycanlının istehlak səbəti isə noyabrın 1-nə olan məlumata görə, 167,43 manat (oktyabrın 1-nə olduğundan 2 manat çox) təşkil edir.

Bu, pensiyaçılara 150,84 manata, 14 yaşınadək uşaqlar isə valideynlərinə 205,24 manata başa gəlir.

İqtisadi Araşdırmalar Mərkəzinin ekspertlərinin alternativ hesablamalarına görə, əmək qabiliyyətli əhali ərzağa 103,10 manat, pensiyaçılar 92,37 manat, uşaqlar 112,61 manat xərcləyiblər.

Qeyri-ərzaq mallarına müvafiq olaraq 38,85 manat, 35,86 manat və 73,9 manat sərf olunub.
Xidmətlərə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat xərclənib. Hesablar Nazirlər Kabinetinin 30 aprel 2009-cu il sərəncamının əsasında hazırlanıb.

«2012-ci ildə Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» qanunun əsasında orta yaşayış minimumu 108 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat müəyyən edilib.
XS
SM
MD
LG