Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:04

Radikal islamçı Britaniyada appelyasiyanı uddu


Prokurorların Əl Qaidanın Avropada əsas əməliyyatçısı hesab etdiyi radikal islamçı ruhani Britaniyadan İordaniyaya deportasiya olunmasına qarşı verdiyi appelyasiya məhkəməsini udub.
Fələstin mənşəli iordaniyalı Abu Qatada İordaniyada partlayışlarda ittiham olunur. O, Britnaiyada heç vaxt məhkum olunmayıb, ancaq 2002-ci ildən Britaniyada həbsdə saxlanır.
Britaniyanın immiqrasiya tribunalı qərar verib ki, onu İordaniyada ədalətsiz məhkəmə gözləyə bilər.
Hakimin qərarı ilə Abu Qatada girov müqabilində azadlığa çıxa bilər.
Britaniya hökuməti bu qərardan appelyasiya verəcək.
XS
SM
MD
LG