Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 12:52

Qırğızıstanda narkotiklərlə mübarizə idarəsinin rəisi tutulub

Qırğızıstanın Milli Təhlükəsizlik Nazirliyi bildirib ki, Oş şəhərinin narkotiklərlə mübarizə idarəsinin rəisi rüşvət almaq ittihamı ilə həbs olunub. Eldar Khudarberdiev bir yerli sakindən 5 min dollar rüşvət alıb.

Məlumata görə, onun müavini Momun Makhmatjanov da həbs olunub. Rəis və müavini birlikdə həmin yerli sakindən ümumilikdə 15 min dollar rüşvət istəyirmiş.

Həmin yerli sakinin iddiasına görə, rəis və müavini əsassız olaraq ona qarşı narkotik ittihamı irəli sürmüşdülər və 15 min dolları verməyincə bu ittihamı geri götürməyəcəklərini deyirmişlər.
This item is part of
XS
SM
MD
LG