Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:35

Konstitusiyaya yeni dəyişikliklər təklif olunur [Video]


17 yaşlı konstitusiya: respublika və monarxiya haqqında iddialar
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

17 yaşlı konstitusiya: respublika və monarxiya haqqında iddialar

-
«Konstitusiyada yazılıb ki, kişi-qadın bərabərdir. Mən də özümü elə kişi kimi hiss edirəm».

Bunu Bakı sakini Səriyyə xala deyir. O, qadın olduğu üçün heç yerdə ayrı-seçkiliklə rastlaşmadığını söyləyir:

«Nə işlə istəyirəm, məşğul oluram, heç kim mənə mane olmur».

Başqa həmsöhbətim isə Konstitusiyada hansı hüquq-azadlıqların əks edildiyindən bixəbərdir. O deyir ki, bəlkə də əsas qanunu oxusaydı, heç yerdə hüququnu tapdalamazdılar:

«Gərək oxuyaq Konstitusiyanı, bilək, yoxsa hər yerdə hüququmuzu pozurlar. Özü də qanunla olan bir işə pul alırlar».

Sıravi sakinlərdən biri isə dedi ki, indiki Konstitusiyadan razıdır, həyatda da öz hüquqlarından istifadə edə bilir.

«Mən razıyam, bayramınız da mübarək!».

1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

«KAĞIZDAN QOPMAYAN ANAYASA»

Müsavat Partiyasının başqanı İsa Qəmbər AzadlıqRadiosuna müsahibəsində deyir ki, hələ o vaxt onlar əsas qanunun bu məzmunda qəbulunun əleyhinə olublar:

«Bir səbəb o idi ki, bəzi müddəalarla razılaşmırdıq. Konstitusiya layihəsi xalq müzakirəsinə də çıxarılmamışdı. Bütün zümrələrin, təbəqələrin müzakirəsinə imkan yaradılmamışdı».

İsa Qəmbər
İsa Qəmbər
İsa Qəmbər deyir ki, Konstitusiyanı nə qədər tənqid etsələr də, orda bir çox azadlıqlar və insan hüquqları öz əksini tapıb. Amma onun fikrincə, mütərəqqi Konstitusiyalara uyğun «gurultulu müddəalar, maddələr» Azərbaycanın əsas qanununda olsa da, kağız üzərində qalıb:

«Bir ara kampaniya da başlanmışdı ki, Konstitusiyada nəzərdə tutulan maddələrin neçəsinin pozulduğu araşdırılsın. Məlum olmuşdu ki, əksəriyyəti pozulur».

KONSTİTUSİYAYA DƏYİŞİKLİK LAZIMDIR, AMMA...

Son 17 ildə Azərbaycan Konstitusiyasına iki dəfə əlavə və dəyişiklik edilib. Bu məsələyə toxunan Müsavat başqanı 2009-cu ildəki dəyişikliklər arasında prezidentlik müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını «mürtəce» adlandırır. Onun fikrincə, Konstitusiya ölkədə respublika quruluşu olduğunu göstərsə də, reallıqda ailə hakimiyyəti mövcuddur. İsa Qəmbər deyir ki, əslində Konstitusiyaya dəyişiklik lazımdır, bu da prezidentlik səlahiyyətlərinin azaldılması və tədricən parlamentli respublikaya keçidi özündə əks etdirməlidir.

MÜSTƏQİLLİYİN TÖHFƏSİ

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, deputat Zahid Oruc isə Konstitusiyaya edilən son dəyişikliyi «irəliyə addım kimi» qiymətləndirir. Onun fikrincə, Avropa ölkələrində baş nazirlər dəfələrlə seçilə bilərsə, bu hüquq prezidentə də şamil edilməlidir. Müsahibimiz ölkə Konstitusiyanın mütərəqqi və demokratik tələblərə cavab verdiyini, vətəndaşlara azadlıq bəxş etdiyini
Zahid Oruc
Zahid Oruc
söyləyir:

«Sovet Konstitusiyası vətəndaşı məcburən dominant partiya üzvü edirdi, onun sosial pillədə qalxması üçün bunu vacib sayırdı. O cümlədən, indiki Konstitusiya din, mədəni hüquqlar, demokratik təsisatlar formalaşdırmaq, media fəaliyyəti və s. azadlıqlarını tanımaq baxımından sovet Konstitusiyası ilə müqayisə edilə bilməz. Təbii ki, bu da müstəqilliyin töhfəsi idi».

Zahid Orucun fikrincə, yeni Konstitusiya qəbul ediləndə, əsas hədəf hüquqi dəyərlərə qovuşmaq, öndə olan Avropa dövlətlərinin hüquq ailəsinə daxil olmaq idi. Bu hədəfləri də yaxalaya bilib:

«Amma Konstitusiyanın qəbulu o demək deyil ki, bu gün Azərbaycan vətəndaşı avtomatik olaraq qanunlarla yaşayır».

Zahid Oruc hüquq və azadlıqların tətbiqində problemlər olduğunu, çətinlikləri aşmaq üçün illər lazım gəldiyini vurğulayır.

CƏMİYYƏTİN FƏALLIĞI KAĞIZI CANLANDIRAR

Hüquqşünas Erkin Qədirli isə deyir ki, Azərbaycan Konstitusiyasında insan azad və hüquqları lazımınca təsbit olunub, amma ona əməl edilməyəndə, «lazımsız kağız parçasına» çevrilir. Müsahibimiz hesab edir ki, əsas qanunun işlək mexanizmə çevrilməsi cəmiyyətin özünün mədəniyyətindən, fəallığından, inkişaf səviyyəsindən asılıdır.
XS
SM
MD
LG