Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 17:56

2 məhbus ölüb


-
Azərbaycanda daha iki məhkum vəfat edib.

APA-nın məlumatına görə, hadisələrdən biri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 57 yaşlı Məhuzər İsayeva vəfat edib.

M. İsayeva Cəlilabad rayon Məhkəməsinin hakimi olub. O, korrupsiyada təqsirli bilərək bir neçə il əvvəl 7 il müddətinə azadlıqdan məhrum edilib.

Daha bir hadisə isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Qəsdən adam öldürməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilən İxtiyar Məmmədov xəstəlikdən ölüb.

Son vaxtlar Cəzaçəkmə Müəssisələrində məhkumlar arasında ölüm hallarının sayı artıb.
XS
SM
MD
LG