Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

İlham Əliyev MTN-nin hərbi hospitalının açılışında iştirak edib


-
Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında iştirak edib.

AzərTac-ın məlumatına görə, 150 çarpayılıq hospitalda poliklinika, klinik laboratoriya, əməliyyat, reanimasiya və intensiv terapiya bloku, anqioqrafiya, radiologiya, endoskopiya şöbələri yaradılıb. Burada respublikada ilk dəfə olaraq tibbi oksigen istehsal edən generatorların qurulduğu bildirilir. Bununla yanaşı, binada pnevmatik poçt və tibbi tullantıların zərərsizləşdirilməsi və utilləşdirilməsi avadanlıqları quraşdırılıb.

Prezident İlham Əliyevə məlumat verilib ki, hospital binasının ümumi sahəsi 34 min 500 kvadratmetrdir. İki yeraltı, yeddi yerüstü mərtəbədən ibarət binanın damında ölkəmizdə ilk dəfə olaraq beynəlxalq tələblərə cavab verən helikopter meydançası inşa edilib. Tibb ocağında yeraltı avtomobil parkı da yaradılıb.
XS
SM
MD
LG