ABŞ Suriya müxalifətinin yeni milli koalisiya yaratmasını alqışlayır. ABŞ dövlət katibinin müavini Mark Toner deyib ki, Vaşinqton milli koalisiyanı dəstəkləyəcək.
Suriyada Bashar Assad hakimiyyətinə qarşı müxalifət qruplarının Qətərin paytaxtı Dohada keçirilən toplantısınıda yeni müxalifət koalisiyasının rəhbərliyinə Mouaz al-Khatib seçilib. Riyad Sayf və Suhair al-Attasi isə onun müavinləri seçilib.
1960-cı ildə Dəməşqdə doğulan Mouaz al-Khatib sünni din adamlarından biri kimi tanınır. O, Assad hakimiyyətinə qarşı müxalifətin əsas simalarından sayılır. Mouaz al-Khatib 2011 və 2012-ci ildə bir neçə dəfə həbs olunandan sonra buraxılmışdı. O, iyul ayında Misirin paytaxtı Qahirəyə getmişdi.