Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:18

Ukraynada seçkinin yekun nəticələri elan edilib


Foto arxiv
Foto arxiv
Ukraynada parlament seçkisinin yekun nəticələri elan edilib.

Ümumilikdə 445 deputat seçilib.
Hakim “Regionlar” partiyası 185, müxalifətdə olan “Batkivşina” partiyası 101, məşhur boksçu Vitali Klitschkonun “Zərbə” partiyası 40, “Kommunist” partiyası 32, millətçi “Azadlıq” partiyası isə 27 mandat qazanıb.
7 nəfər isə digər partiyalardan seçilib.
Həmçinin parlamentə 43 müstəqil deputat düşüb.

Partiya siyahısından 225, təkmandatlı dairələrdən isə 220 deputat seçilib.

5 təkmandatlı dairədə nəticələri təyin etmək mümkün olmadığından MSK bu dairələrdə təkrar seçki keçirilməsini məsləhət görüb.
XS
SM
MD
LG