Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:07

Myanmarda 6,8 bal gücundə zəlzələ olub


Myanmarın şimalında güclü zəlzələ baş verib.

İtki və dağıntılar olduğu xəbər verilir.

İlkin məlumatlarda azı 2 nəfərin öldüyü, 5 nəfərin isə itkin düşdüyü bildirilir.

Onlar İrravadi çayı üzərində körpü salan fəhlələrdir.
Körpü uçub, həmçinin ətraf qəsəbələrdə dağıntılar var.

6,8 bal gücündə olan zəlzələnin mərkəzi Mandalay şəhərinin 116 kilometrliyində olub.

Həmçinin Çinin cənub-qərbi və Tailandın paytaxtı Banqkokda yeraltı təkanlar hiss olunub.
XS
SM
MD
LG