Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:39

Obama varlılara vergini azaltmaq fikrində deyil


ABŞ prezidenti Barack Obama varlılara vergilərin azaldılmasını nəzərdə tutan istənilən qanun layihəsinə veto qoyacaq.

Bunu Ağ evin nümayəndəsi Jay Karni deyib.

Nümayəndələr palatasının sədri John Boehner bundan bir gün əvvəl ABS News televiziyasına müsahibəsində respublikaçıların varlılara vergilərin artırılmasına qarşı olduqlarını və bu yöndə mübarizənin davam etdiriləcəyini bildirib.

Müşahidəçilər hesab edir ki, əgər Konqres ilin sonunadək bu məsələ ilə bağlı qərar qəbul edə bilməsə ABŞ-da tənəzzül başlaya və bu qlobal iqtisadiyyata ziyan vura bilər.
XS
SM
MD
LG