Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 12:42

Suriya Milli Şurası bütün müxalifəti birləşdirmək istəyir


George Sabra (Corc Sabra) müxalifətdə olan Suriya Milli Şurasının yeni lideri seçilib.
O xristiandır.

Sabra bu vəzifəyə cümə günü Qətərin paytaxtı Dohada keçirilən toplantıda seçilib.

O seçildikdən dərhal sonra bəyan edib ki, prezident Bashar Assad rejiminə qarşı mübarizə aparmaq üçün müxalifətə silah lazımdır.

Suriya Milli Şurası hazırda digər müxalifət qrupları ilə birləşməyi nəzərdən keçirir.

Bu şuranın üzvləri əsasən mühacirətdə yaşayan suriyalılardan ibarətdir.

ABŞ Dövlət katibi Hillary Clinton bu günlərdə bəyan edib ki, şuranın rəhbərliyi azadlıq uğrunda mübarizə aparan bütün qüvvələrdən təşkil olunmalıdır.
XS
SM
MD
LG