Keçid linkləri

2026, 10 Sentyabr, cümə axşamı, Bakı vaxtı 09:00

Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə veriblər

-
10-dan çox siyasi partiyanın birləşdiyi Məşvərət Məclisi Bakı şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

Bu barədə AzadlıqRadiosuna Liberal Partiyasının sədri Əvəz Temirxan bildirib:

«Bakı şəhər İcra Hakimiyyəti bizim sərbəst toplaşmaq azadlığımızı pozur. Bu baxımdan da, biz 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişik. İstəyirik ki, məhkəmə icra hakimiyyətinin üzərinə öhdəlik qoysun, istədiyimiz meydanların birində aksiya keçirməyimizə şərait yaradılsın».

Proses noyabrın 12-ə təyin edilib.

Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) Bakının mərkəzi meydanlarından birində mitinq keçirmək üçün bir neçə dəfə BŞİH-ə müraciət edib. Verilən cavabda onlara Bibiheybət qəsəbəsindəki sürücülük məktəbinin meydançası təklif edilib.

Məşvərət Məclisi isə bu yerin aksiya üçün uyğun gəlmədiyini bildirir.
This item is part of
XS
SM
MD
LG