Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 23:50

İraq Rusiya ilə hərbi müqaviləni pozub


İraq Rusiyadan hərbi texnika və silah alınması ilə bağlı müqavilədən imtina edib.

Müqavilənin dəyəri 4 milyard dollardan artıqdır.
İraq hökumətinin sözçüsü bunun korrupsiya şübhələri ilə bağlı olduğunu deyir.

Müqavilə ötən ay baş nazir Nuri al Malikinin Moskvaya səfəri zamanı imzalanmışdı,

Amma mətbuat katibinin sözlərinə görə, baş nazir qayıtdıqdan sonra məsələnin araşdırılmasını göstəriş verib və sonda belə bir qərar qəbul edilib.

Amma İraq hökumətinin məhz kimdən şübhələnməsi barədə hələlik məlumat verilmir.
Araşdırma davam etdirilir.

Müdafiə və təhlükəsizlik komitəsinin üzvlərindən biri bildirib ki, Bağdad Moskvadan daha müasir silahlar alaınması ilə bağlı danışıqlara başlamaq fikrindədir.

Əvvəlki mqavilədə Rusiyadan əsasən Miq-29 təyyarələri və hava hücumundan müdafiə sistemi alınması nəzərdə tutulurdu.
XS
SM
MD
LG