Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:31

Suriyadan Türkiyəyə qaçqın axını güclənir



Son günlərlə Suriyadan minlərlə qaçqın Türkiyəyə sığınıb. Türkiyənin dövlət mediası təkcə noyabrın 8-də ölkəyə 5 000 Suriya qaçqını gəldiyini bildirir.
Yeni gələnlər arasında ikisi general olmaqla Suriya ordusunun 26 ordu zabiti də var.

Hazırda Türkiyənin Suriya ilə sərhədlərində 112 000 qaçqın məskunlaşıb.

BMT noyabrın 8-də daha 1 000 nəfərin Livana, 1 000 nəfərin isə İordaniyaya qaçdığını bildirir. Təşkilat ümumilikdə qonşu ölkələrdə 400 000-dən çox qaçqının qonşu ölkələrdə məskunlaşdığını bildirir.

İnsan haqları fəalları 2011-ci ilin martında Suriyada rejimin dəyişdirilməsi tələbilə başlanan etiraz aksiyalarının qarşıdurmaya çevrilməsindən sonra bu ölkədə 30 000-dən çox adamın həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG