Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 04:03

McDonald`s-ın satışı düşür


McDonald`s korporasiyası 2003-cü ildən bəri ilk dəfə bu ilin oktyabrında satışının aşağı düşdüyünü bildirir. Korporasiya ABŞ, Avropa, Asiya, Afrika və Yaxın Şərqdə satışlarda təxminən 1.8 faiz azalma olduğunu qeyd edir. Halbuki keçən ilin oktyabrında McDonald`s əksinə satışını 5.5 faiz artırmışdı.

Satışlarda azalma xəbəri korporasiyanın ABŞ-dakı səhmlərinin də 2 faiz düşərək bir səhm üçün 85.11 dollara enməsinə səbəb olub.

Təhlilçilər həm bazarda başqa rəqib fast-food restoranların çoxaldığını, həm də iqtisadi çətinliklərə görə adamların əvvəlki illərdən daha az pul xərclədikləri üçün McDonald`s-ın da ziyan çəkdiyini deyirlər.
XS
SM
MD
LG