Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

6 yaşlı qızcığaz ərə getməkdən qurtuldu [Video]


Pakistanda 6 yaşlı qız uşağını ərə verməyə çalışırlar
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Pakistanda 6 yaşlı qız uşağını ərə verməyə çalışırlar

-
Pakistanın Svat əyalətində Ağsaqqallar Şurası iki ailə arasındakı mübahisəni həll etmək üçün ailələrdən birinin 6 yaşlı qızını digər ailənin oğluna ərə vermək barədə qərar çıxarıb. 6 yaşlı Bibi Rozanın toyu bu bazar günü –noyabrın 11-də olmalıydı. Qızcığaz son anda bundan qurtula bilib.

Svat əyalətindəki Saidu Sharif şəhərinin məhkəməsi cirqa adlanan Ağsaqqallar Şurasının bu qərarını qanunsuz sayıb. Bu işlə bağlı polis 5 nəfəri həbs edib.

Svat Pakistanın dağlıq əyalətlərdəndir. Burda mübahisələr çox vaxt qanun əsasında yox, adət-ənənələr əsasında həll olunur. Mübahisələrə cirqa- Ağsaqqallar Şurası baxır. Günahkar bilinmiş tərəf zərərçəkmiş sayılan tərəfə torpaq sahəsi, pul, maq-qara verməklə, ya da svara adlanan qayda əsasında, yəni, subay qızını həmin ailəyə verməklə məsələ həll olunur. Bu qaydadan Pakistanda əsrlərdir istifadə olunur. Hətta qanlı mübahisələri belə bu yolla həll edirlər. Çox nadir hallarda bu qərarın əleyhinə kimsə çıxır.

ATANIN XAHİŞİ...

Bibi Rozanın 65 yaşlı atası Azim Khan bu həftənin əvvəlində AzadlıqRadiosuna deyib ki, tayfa rəhbərlərindən bir neçə dəfə xahiş edib ki, qərarlarına yenidən baxsınlar. Ancaq heç bir nəticəyə nail olmayıb. Hətta yerli polis də ondan Ağsaqqallar Şurasının qərarını yerinə yetirməyi tələb edirmiş. Deyibmişlər ki, qərara qarşı çıxsan, iki ailə arasındakı mübahisə düşmənçiliyə çevriləcək və qan töküləcək:

“Cirqa bizə deyir ki, siz öz qızınızı o biri ailəyə verməyə razı olmusuz. Biz razı olmuşuq. Ancaq bunu polisin təzyiqi altında etmişik. Onlar deyirlər ki, ayın 11-də qızın toyunu edib verməliyik. Mən onlara yalvarıb demişəm ki, bu uşağı bu yaşda ərə verə bilmərəm”.

Yalnız məhkəmənin qərarından sonra polis ailə quran oğlan və onun atası da daxil olmaqla 5 nəfəri həbs edib. Həbs olunanlardan 3-ü cirqanın üzvləridir.

Problem isə Bibi Rozanın qardaşının həyat yoldaşı ilə bağlıdır. Bu yaxınlarda Bibi Rozanın qardaşı başqası ilə nişanlı olan bir qız ilə ailə qurub. Qızın əvvəlki nişanlısı da bu məsələdən Ağsaqqallar Şurasına şikayət edib. Cirqa da belə qərara gəlib ki, bu şəxsin şərəf və ləyaqətini yalnız qızı almış ailədən başqa bir subay qızın ona ərə verilməsi ilə həll etmək olar. Bu qayda ilə mübahisəni həll etmək təcrübəsi Pakistanın şimal-qərbində, o cümlədən Svat əyalətində geniş yayılıb. Ancaq 2004-cü ildə Pakistan parlamenti bu praktikanı qanunsuz elan edib. Bununla bağlı cinayət məsuliyyəti elan edib. Belə əməli törədənlər üçün 3 il həbs cəzası müəyyənləşdirib. Ancaq bununla belə həmin ərazilərdə yenə də bundan geniş istifadə olunur.

ADINI ÇƏKMƏYƏN BİBİ ROZANIN ANASI İSƏ BUNLARI DEYİR:

“O biri ailə günahsız qızımı yalnız svara adət-ənənələrinə riayət etmək üçün istəyir. Ağsaqqallar Şurası qərar verib ki, qızım bazar günü ərə verilməlidir. Mən onlara yalvardım, dedim ki, axı o uşaqdır. Dedim ki, onu məndən almayın, onun cəmi 6 yaşı var. Mən hökumətdən kömək istəmişəm. Çünki qızım hələ körpədir. Bütün müsəlmanlar bu barədə düşünməlidir”.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG