Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək


-

Noyabrın 11-15-də Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Mədəniyyət vəTurizm Nazirliyinin rəsmi saytının verdiyi xəbərə görə, tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə 49 nəfərdən ibarət nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz qrupu, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin rəhbərliyi ilə teatrın kollektivi daxildirlər.

Noyabrın 12-də rəsmi heyətin Moldova Respublikasının Mədəniyyət Nazirliyində görüşü olacaq.

Sonra isə Mədəniyyət Günləri ilə bağlı mətbuat konfransı keçiriləcək.

Həmin gün "Odeon" Mədəniyyət Mərkəzində "Çölçü" bədii filminin nümayişi ilə Azərbaycan Kino Günlərinə start veriləcək.

Üç gün davam edəcək kino günlərində moldovalı tamaşaçılara tammetrajlı "Girov" və "Vəkil haradadır?" bədii filmləri də təqdim olunacaq.

Noyabrın 12-də axşam Azərbaycan Dövlət Rus Dram Teatrının "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası ilə Moldovada Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi baş tutacaq.

Səhnə əsəri A.P.Çexov adına Moldova Dövlət Rus Dram Teatrında nümayiş etdiriləcək.

Bu tamaşa noyabrın 14-də Moldavanın Beltsı şəhərində də göstəriləcək.

Noyabrın 13-də Moldavanın paytaxtı Kişineu şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi münasibətilə abadlaşdırılmış bağın açılışı nəzərdə tutulub.

Həmin gün axşam Komrat şəhərində Gənclər və Mədəniyyət Mərkəzində cazsevərlər Azərbaycan caz qrupunun ifasında konserti dinləyəcəklər.

Mədəniyyət günləri çərçivəsində maraqlı tədbirlərdən biri də noyabrın 14-də Moldova Azərbaycanlıları Konqresi tərəfindən 4 dildə hazırlanmış "Nizaminin aforizmləri" miniatür kitabının təqdimat mərasimi olacaq.

Eyni zamanda A.P.Çexov adına Moldova Dövlət Rus Dram Teatrında "Azərbaycan ənənələrin və müasirliyin qovşağında" adlı foto və turizm sərgisi açılacaq.

Bundan əlavə, "Qafqaz əsiri" restoranında "Azərbaycanın milli mətbəxi günləri" də keçiriləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG