Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 23:43

İranla Ermənistan Arazda su elektrik stansiyasının təməlini qoydu [Video]


İranla Ermənistan Arazda su elektrik stansiyasının təməlini qoydu
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

İranla Ermənistan Arazda su elektrik stansiyasının təməlini qoydu


Araz çayı üzərində İranla Ermənistan müştərək Mehri Su Elektrik Satnsiyasının tikintisinə başlayıblar. Təməli noyabrın 8-də qoyulan stansiya 5 ildən sonra istismara verilməlidir.

Stansiya İranın “Tavan Ab Araz” şirkətinin sərmayəsi ilə tikilir. Razılaşmaya görə bu stansiyanın istehsal etdiyi elektrik enerjisi ilk 15 ildə İrana ötürüləcək. Bu müddət başa çatandan sonra isə SES təmənnasız olaraq Ermənistana veriləcək.

Stansiyanın ildə 793 milyon kilovatt saat elektrik istehsal etməsi planlaşdırılır.

Təməlqoyam mərasiminə Ermənistan prezidenti Serzh Sarkisian (Serj Sarkisyan) da qatılıb. İran prezidenti Mahmud Ahmadinejad-ın (Əhmədinejad) da mərasimdə iştirakı nəzərdə tutulsa da Tehranı energetika naziri Majid Namchu (Məcid Namcu) təmsil edib.

Mərasimdən sonra Ermənistan prezidenti iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Sarkisian Mehri stansiyasının Ermənistanla İran arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
XS
SM
MD
LG