Keçid linkləri

2026, 29 Aprel, çərşənbə, Bakı vaxtı 10:17

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycan bayrağı
Azərbaycan bayrağı
-

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
2009-cu ildə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan olunub. Bu gün həmçinin qeyri-iş günüdür.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda 162 metr yüksəklikdə Azərbaycan bayrağı ucaldılıb və Dövlət Bayrağı Muzeyi yaradılıb.
Azərbaycanın dövlət bayrağı mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarətdir.

«Ginnes» dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Ancaq bir neçə aydan sonra Tacikistanda daha uca bayraq dirəyi inşa edib.
This item is part of
XS
SM
MD
LG