Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Lavrov: “Assadi heç kim hakimiyyətdən getməyə məcbur edə bilməz”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, dünyada heç bir güc Suriya prezidenti Bashar Assadi hakimiyyətdən getməyə məcbur edə bilməz.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında Suriya ilə bağlı vəziyyəti dəyərləndirən Lavrov bu açıqlamaları verib: “İndi Assad özü də ən azından müxalifət qədər böhrandan qələbə ilə çıxmaq istəyir. Suriyada tərəflər son damla qan axıdılana qədər müharibə aparmaq vəziyyətindədir”.

Lavrov deyib ki, belə bir müharibədən sonra nə Bashar Assad, nə də müxalifət qələbə qazana bilər.
XS
SM
MD
LG