Keçid linkləri

2026, 22 İyul, çərşənbə, Bakı vaxtı 12:38

Gürcüstanda 3 keçmiş məmura qarşı ittiham irəli sürülüb

 Bacho Akhalaia
Bacho Akhalaia
Gürcüstanın Baş Prokurorluğu keçmiş daxili işlər naziri Bacho Akhalaiaya qarşı rəsmi ittiham irəli sürüb.

O vəzifə səlahiyyətlərini aşmaq və vətəndaşı qanunsuz olaraq həbsə atmaqda ittiham olunur.

Akhalaia bu günlərdə saxlanıb.

Həmçinin Silahlı Qüvvələrin Birləşmiş Qərargah rəisi Georgi Kalandadze ilə briqada generalı Zurab Shamatavaya qarşı rəsmi ittiham irəlıi sürülüb.

Onlar vəzifə səlahiyyətlərindən sui istifadə etməkdə ittiham olunurlar.

Amma onların 3-də ittihamları rədd edirlər.

Bu barədə vəkil David Dekanoidze xəbər verir.
İttihamlar 6 əsgərin döyülməsi ilə bağlıdır.

Artıq onlardan 5-i yazılı şəkildə izahat veriblər.

Bacho Akhalaianın adı bu ilin avqustunda Tbilisi həbsxanasında məhbuslara işgəncə verilməsi faktında da hallanır.

O bu videogörüntünün yayılmasından sonra istefa verib.
This item is part of
XS
SM
MD
LG