Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:57

Müşfiq XANın “O” adlı yeni kitabı çıxdı


-

“Hədəf” nəşriyyatı yazar Müşfiq Xanın “O” kitabını çap edib.

Əsasən detektiv romanlar yazan M.Xan bu dəfə oxucularına hekayə, pritça və şeirlərini təqdim edir.

baku-art.az saytının xəbərində deyilir ki, kitabın əsas mövzusu sevgidir.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə kitab bu həftə Bakının bütün Mərkəzləşmiş Kitabxana Sistemlərinə hədiyyə olunacaq.

Kitab üz qabığında “həyatımın sound`suz track`ı” üst yazısı ilə işıq üzü görüb.

Bundan əvvəl M.Xanın “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə”, “Sonuncu hədiyyə” detektiv romanları çap edilib.

Xəbərdə vurğulanır ki, kitabın əsas mövzusu sevgidir. Xüsusilə pritçalarında yazıçı bu əbədi mövzuya özünəməxsus modernist üslub gətirib.

Xəbərdə bildirilir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə kitab bu həftə Bakının bütün Mərkəzləşmiş Kitabxana Sistemlərinə hədiyyə olunacaq.

Oxucular kitabı həmçinin şəhərin kitab mağazalarından əldə edə bilərlər.

Kitabın yayın hüquqları Kitabevim.az elektron kitab mağazasına aiddir.
XS
SM
MD
LG