Keçid linkləri

2026, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 06:30

Bashar Assad: “Suriyada yaşayıb, Suriyada da öləcəyəm”

Suriya prezidenti Bashar Assad deyib ki, Qərbin hərbi müdaxiləsini gözləmir. Russia Today telekanalına müsahibəsində Assad deyib ki, əgər hər hansı müdaxilə olsa, bu bütün dünya üçün həll olunmaz vəziyyətə gətirib çıxara bilər.

Bashar Assad Suriyanı tərk etməyəcəyini də deyib. “Məni Qərb yaratmayıb ki, Qərbə, ya da başqa bir ölkəyə gedəm. Mən suriyalıyam. Siriyada doğulmuşam, Suriyada yaşayıb, Suriyada da öləcəyəm” .


İngiltərənin baş naziri David Cameron bir neçə gün əvvəl bildirmişdi ki, Bashar Assad Suriyada qan tökülməsinə son qoyarsa, onun ölkəsini təhlükəsiz tərk etməsi üçün təhlükəsizliyinə təminat verilməsini dəstəkləyəcək.
This item is part of
XS
SM
MD
LG