Əfqanıstanın cənubundakı Hilmand əyalətində yolda baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb. Onların hamısı dinc sakin olub. Ölənlərdən 4-ü qadın, biri uşaqdır.
Xəbəri Hilmand əyaləti polisi yayıb.
Bundan əvvəl baş verən iki partlayışda isə azı 8 hərbçi və bir polis ölmüşdü. Qəndəhar şəhərindəki polis postunda baş verən partlayışı intiharçı törətmişdi.
Lagman əyalətindəki əfqan hərbçilərinin maşınının minaya düşməsi nəticəsində isə 5 hərbçi ölmüşdü.