Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Qvatemalada 7,4 bal gücündə zəlzələ olub


Qvatemalanın Sakit Okean sahilində 7,4 bal gücündə zəlzələ olub. 39 nəfər ölüb, 155 nəfər yaralanıb. 100-ə yaxın adam itkin düşüb.

Ölkə prezidenti Otto Perez Molina zəlzələ ilə bağlı adamlara xəbərdarlıq edib. Adamlara hündür binalardan çıxmağı tapşırıb. Bəzi yollar torpaq altında qalıb.

Zəlzələ Meksikanın paytaxtından San Salvadora qədər böyük bir əraziyə də təsir göstərib. Burada xalq qorxu altına küçələrə axışıb.

ABŞ-ın Sakit Okean Sunami Mərkəzi sunami təhlükəsinin olmadığını bildirib.
XS
SM
MD
LG