Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:46

Avropa Birliyi gələn il iqtisadi artım gözləmədiyini bildirib


Avropa Komissiyası 2013-cü il üçün iqtisadi artım proqnozlarını yenidən azaldıb.
Noyabrın 7-də bəyan olunub ki, gələn il Avropa Birliyində demək olar ki, artım gözlənilmir. İqtisadi artım tempi region üzrə 0.1 faiz olaraq proqnozlaşdırılır. Cəmi 6 ay əvvəl iqtisadi artımın 1 faiz olacağı gözlənilirdi.

Ancaq Avropa Komissiyası Yunanıstanla bağlı daha nikbin düşünür və bildirir ki, 2014-cü ildə Yunanıstan axır ki, 7 illik durğunluqdan qurtulub artıma keçə biləcək.
XS
SM
MD
LG