Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:30

İlham Əliyev Barack Obama-nı təbrik edib


-
Azərbaycan Prezidenti İlham Əliyev Baraсk Obama-nı yenidən ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir ki, Azərbaycanla ABŞ-ı bütün sahələrdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir.

«Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə zonalarında sülhün və sabitliyin əldə edilməsi işində birgə iştirakımız dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

İnanıram ki, sizin növbəti prezidentliyiniz dövründə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraqlara və ümumi dəyərlərə əsaslanan strateji tərəfdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək. Ölkələrimiz birlikdə beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar sahəsində sıx əməkdaşlığı uğurla davam etdirəcəklər.

Azərbaycan həmçinin 20 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir», - deyə təbrik məktubunda qeyd olunur.
XS
SM
MD
LG