Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:41

Rusiya və İsrail Obamanı ilk təbrik edənlərdəndir


ABŞ prezidenti Obamanın 2-ci müddətə seçilməsiylə bağlı Avropa Birliyi, Britaniya, İsrail, Rusiya, Əfqanıstan və başqa ölkələrin rəhbərləri təbrik bəyanatları verib. Noyabrın 7-də Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso və Avropa Birliyi prezidenti Herman Van Rompuy ortaq bəyanat verib, ABŞ-la sıx əməkdaşlığın davamına ümid etdiklərini bildiriblər.

İsrail Baş naziri Benjamin Netanyahu Obamanı təbrik edib, deyib ki, iki ölkə arasında münasibətlər hər zamankından daha yaxın olub.

Rusiya Dövlət Duması da Obamanın qələbəsini alqışlayıb və prezidentin Rusiya ilə münasibətlərdəki yenilənmə prosesini davam etdirməyə çağırıb.
XS
SM
MD
LG