Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

ELÇİN: “Bir təmiz adım var, onu da ləkələməsinlər..."


Elçin Əfəndiyev
Elçin Əfəndiyev
-

“Jurnalistlərdən xahiş edirəm ki, mənim bircə təmiz adım var, onu da ləkələməsinlər… Mənim o adamla heç bir əlaqəm yoxdur”. Bu sözləri “Qafqazinfo”ya eksklüziv açıqlamasında baş nazirin müavini, xlaq yazıçısı Elçin Əfəndiyev bildirib. Baş nazirin müavini bu gün mətbuatda köməkçisi Vaqif Hüseynovun Elşad Abdullayev olayı ilə bağlı həbs edilməsinə dair yer alan xəbərlərə aydınlıq gətirib.

Onun sözlərinə görə, V. Hüseynov adlı şəxs həqiqətən də onun köməkçisi olub: “Lakin məsələ burasındadır ki, bu adam 3 il əvvəl vəzifəsindən gedərək köməkçim kimi fəaliyyətinə son verib. Yəni onun kimdən və nə zaman 1 milyon pul almasında mənim adımın hallandırılmasının yeri yoxdur. İnanın ki, bu adamla mənim heç bir əlaqəm də olmayıb. Əgər bu adam həbs olunubsa və hər hansı cinayətdə iştirakı varsa, istintaq prosesi hər şeyi üzə çıxardacaq və buna görə tələsmək lazım deyil.

Bir xalq yazıçısı kimi adımın belə səviyyəsiz söhbətlərdə çəkilməsindən təəssüf hissi keçirdirəm. Jurnalistlərdən bir xahişim var ki, mənim bir təmiz adım var, onu da ləkələməsinlər...”

Qeyd edək ki, bu gün mətbuatda Elşad Abdullayev işi ilə bağlı Vaqif Hüseynov adlı şəxsin həbs edildiyi və onun baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi olduğu vurğulanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG