Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 13:04

Bakıda sərnişin avtobusu aşıb


-
Noyabrın 6-sı axşam saatlarında Bakıda daha bir sərnişin avtobusu qəzaya uğrayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən ANS-ə verilən məlumata görə, metronun «20 Yanvar» stansiyasının yaxınlığında, Tbilisi prospektində 170 saylı «Daewoo» markalı sərnişin avtobusu aşıb.

Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. 7 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb sürücünün avtobusun idarəetməsini itirməsi olub.
XS
SM
MD
LG