-
Moskvada Azərbaycan mütəfəkkiri, yazıçı Mirzə Fətəli Axundovun abidəsinin açılışı olacaq.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, açılış mərasimi abidənin qoyulduğu M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında keçiriləcək.
M.F. Axundovun 200 illik yubileyinə həsr olunan mərasimdə «Çeloveçeskiy razum, etot bojestvennıy dar» kitabının təqdimatı da olacaq.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının təşkilatçılığı ilə keçirilən mərasim noyabrın 23-də baş tutacaq.