Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Sabiq daxili işlər naziri həbs olunub


Gürcüstanın keçmiş daxili işlər naziri Bacho Akhalaia, ölkə parlamentinin iclasında. 3 iyul 2012
Gürcüstanın keçmiş daxili işlər naziri Bacho Akhalaia, ölkə parlamentinin iclasında. 3 iyul 2012
Noyabrın 6-da Gürcüstanın keçmiş daxili işlər naziri Bacho Akhalaia həbs olunub. Onun Tbilisidə, Gürcüstanın baş prokurorluğunda saxlanıldığı bildirlir. Akhalaiayanın vəkili deyir ki, sabiq nazirə qarşı vəzifədən sui-istifadə ittihamı irəli sürülüb. Rəsmi ittihamnamə 48 saat ərzində elan olunmalıdır.

Akhalaianın adı, Gürcüstandakı həbsxana qalmaqalı ilə bağlı hallanırdı. Prezident Saakashvilinin rəqibləri iddia edirdilər ki, məhbuslara işgəncə verilməsi birbaşa Akhalaianın əmri ilə həyata keçirilirdı.

Bu ittihamları rədd edən Akhalaianın Gürcüstandakı seçkilərdən sonra ölkədən qaçdığı haqda xəbərlər də yayılmışdı.
XS
SM
MD
LG