Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:40

İranın kauçuk ixracına qadağa qoyması Ermənistanı çətin duruma salıb


Arxiv foto: Ermənistan prezidenti Serzh Sarkisian (Solda) Tehranda iranlı həmkarı Mahmud Ahmadinejadla görüşür. 13 aprel 2009
Arxiv foto: Ermənistan prezidenti Serzh Sarkisian (Solda) Tehranda iranlı həmkarı Mahmud Ahmadinejadla görüşür. 13 aprel 2009

Artıq iki həftədir ki, İrandan Ermənistana polimer xammal ixracı dayanıb. Ermənistanın sənayeçilər birliyi noyabrın 6-da xüsusi bəyanat yayaraq bu vəziyyətin ölkədə yeyinti və kənd təsərrüfatı sahələrində ciddi problemlər yaradacağını bildirib.

Ermənistan mediasının xəbərinə görə Tehran 52 adda məhsulun xarici ölkələrə daşınmasına qadağa qoyub. İki həftə əvvəl verilən bu qərar polietilen, polipropilen, polistrol kimi kimya sənayesi məhsulları (kauçuk, sitetik mallar hazırlanan xammallar) da daxildir.

İndi Ermənistan sənayeçiləri bildirirlər ki, həmin məhsulları başqa ölkələrdən gətirmək üçün azı 30-40 gün tələb olunacaq, üstəlik daha baha başa gələcək. Bu da Ermənistanda kənd təsərrüfatı və yeyinti sənayesində qablaşdırma zamanı qiymətlərin artmasına gətirib çıxaracaq.

Ermənistan sənayeçiləri ölkənin baş naziri Tiqran Sargsyana müraciət edərək problemin həllində ondan kömək xahiş ediblər.

Bir neçə gün əvvəl İsrail mediası xəbər yayıb ki, nüvə proqramına görə üzləşdiyi beynəlxalq sanksiyalar Tehranı ölkədən 50-də çox həyati vacib məhsulun ixracına qadağa qoymağa məcbur edib. Onların arasında buğda və ət məhsulları da var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG