Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:45

Naxçıvan bütün bəşəriyyətin qibləgahıdır?


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 12 sentyabr 2012. sayı: 172 (20.577)


UCQAR DAĞ KƏNDİNDƏ QURUCULUQ İŞLƏRİ SÜRƏTLƏ APARILIR

Muxtar respublikamızda geniş vüsət alan quruculuq tədbirlərinin böyük bir qismi ucqar ərazilərdə yerləşən yaşayış məntəqələrinin payına düşür. Culfa rayonunun Ləkətağ kəndi də belə ünvanlardan biridir. Aprel ayının əvvəllərindən bu yaşayış məntəqəsində 3 yeni obyektin inşasına başlanmışdır. Culfa Rayon Tikinti-Quraşdırma İdarəsindən verilən məlumata görə, obyektlərin biri kənd tam orta məktəbinin binasıdır. 144 yerlik yeni bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir.
Binada əsas hörgü işləri, demək olar ki, başa çatdırılıb, çardaq hissəsi qurulub. Hazırda digər tikinti işləri həyata keçirilir.

Adıçəkilən tikinti təşkilatının bir qrup inşaatçısı isə kənd mərkəzinin binasında çalışır. Üç mərtəbədən ibarət olan binada sürətli iş ahəngi hakimdir. İnşaatçılar onlara yaradılmış şəraitdən səmərəli istifadə edərək ötən müddət ərzində xeyli iş görüblər. Hazırda binada kommunikasiya xətləri çəkilir, suvaq işləri görülür. Burada kənddə fəaliyyət göstərən təşkilatlar üçün müasir iş şəraiti yaradılacaq. Digər bir obyektdə - xidmət mərkəzində də hörgü işləri başa çatdırılıb, hazırda binanın yerləşdiyi ərazidə abadlıq işləri görülür.

NAXÇIVANI QİBLƏGAHA ÇEVİRMƏK VƏ YA QİBLƏGAHI NAXÇIVANA ÇEVİRMƏK

...Bəli, müasir dünyada, öz əhəmiyyətinə görə gündən-günə qloballaşan və transmilliləşən dünyada maddi ehtiyatlarla zəngin ərazilərə malik olmaq deyil, insan ehtiyatları, ölkə əhalisinin və ayrılıqda hər bir vətəndaşın maddi və mənəvi dəyərləri, intellektual səviyyəsi ölkənin geosiyasi mövqeyini müəyyən edir. Naxçıvan isə ölkəyə belə vətəndaş yetişdirir. Öz dəyərlərinə sahib çıxan, düşüncəsində, ruhunda Azərbaycançılığı daşıyan vətəndaş yetişdirir. Naxçıvanın özü ona görə milli dəyər hesab edilməlidir ki, milli dəyərlərə sadiq vətəndaş məhz bu mühitdə, bu şəraitdə yetişə bilər.

Naxçıvan qibləgahdır! Yox, mən zaman – zaman onun Azərbaycan xalqının qibləgahına çevrilməsindən danışmıram. Azərbaycan xalqının zaman-zaman ən ağır sınaqlarında üzünü Naxçıvana çevirdiyi hər kəsə məlum olan həqiqətdir. Amma Naxçıvan həm də bütün bəşəriyyət üçün qibləgahdır. Əgər İbrahim peyğəmbərin ayağının dəydiyi daşın qorunduğu yer, İsa peyğəmbərin dəfn olunduğu yer ayrı-ayrı dinlər üçün qibləgah hesab edilirsə, bütün bəşəriyyətin babası sayılan Nuhun uyuduğu məkan bütün bəşəriyyət üçün qibləgah sayılmalıdır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Milli dəyərlərimizə dövlət qayğısı
- Milli dəyərlərlə bağlı konfrans
- Cənubi Koreya ilə əlaqələrin on illiyi qeyd edilib
XS
SM
MD
LG