Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:39

Yunanıstanda 48 saatlıq tətildir


Yunanıstanın həmkarlar ittifaqları bu gün 48 saatlıq tətil elan ediblər.

Nəticədə məktəblər bağlanıb, qatar və gəmilər də daxil olmaqla, ictimai nəqliyyatın hərəkəti dayanıb.

Həmçinin təyyarə reysləri bir neçə saatlığa dayandırılıb.

Paytaxt Afinada keçirilən etiraz nümayişində 35 mindən çox adam iştirak edib.

Həmçinin Salonikidə 20 minlik nümayiş keçirilib.

Polis gücləndirilmiş iş rejiminə keçib.

Son illər Yunanıstanda hökumətin kəskin iqtisadi tədbirlər paketinə etiraz olaraq keçirilən bu cür aksiyalar polislə nümayişçilər arasında toqquşmalarla müşahidə olunur.
XS
SM
MD
LG