Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:57

«Ölməzdən öncə izləməli olduğunuz 111 film» bəlli oldu


«Xaç atası» filmi
«Xaç atası» filmi
-

«Bu kitabı çıxarmaq çoxdan bizim ağlımızda idi. Bir ildir ki, üzərində işləyirik».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına «Ölməzdən öncə izləməli olduğunuz 111 film» kitabının layihə rəhbəri, rejissor Şahin Xəlil söylədi.

101 FİLMİN SEÇİLMƏSİ VAXT APARDI

Onun sözlərinə görə, Azərbaycanda ilk kino-ensiklopediya sayılan bu kitabda dünyanın məşhur kino tənqidçilərinin resenziyalarının tərcüməsi yer alıb: «Xaricdə də belə kitablar var—101 var, 100 var, 1500 var... Ən çox vaxt aparan 111 filmin seçilməsi idi. Obyektiv siyahı alınması mümkün deyil. Heç özüm sevdiyim kinolar orada yoxdur. 10-a yaxın adam kitab üzərində çalışırdı, 20-30 nəfər isə siyahı üzərində».

KİTABDA HANSI FİLMLƏR YER ALIB?

Şahin Xəlil bu suala da aydınlıq gətirdi: «Sözsüz ki, «Xaç atası», «Qu quşu yuvası üzərindən uçuş» kimi filmlər—yəni tanınmış filmlər. Məsələn, inanmıram ki, kimsə «Xaç atası»na baxmasın. Amma adi Azərbaycan tamaşaçısının görmədiyi filmlər də var kitabda. Bergman-ın 4 filmi var, Tarkovsky-nin, Trier-in hərəsindən 4 film, Mikhalkov-un, Nuri Bilge Ceylanın, Abbas Kirostaninin, Zeki Demirkılıçın filmləri var. Çalışdıq ki, hər ölkədən ən azı bir film olsun. Polşa, Macarıstan filmləri də var. Müharibə filmləri də salmışıq siyahıya, etnik filmlər, sürrealistik filmlər, qrotesk, mistik filmlər də var. Siyahını tutanda, filmlərə baxır, ən yaxşısını seçməyə çalışırdıq».

KİNOMANSAN?

Şahin Xəlil kitabı «Kinomansan?» Fb səhifəsindən olan yoldaşları - Fərhan Hüseynli, Fəridə Paşa, Nərminə Haqverdiyeva, Rövşən Abbas və başqaları ilə birlikdə hazırlayıb: «Bu, gənclərin kitabıdır».

ÖN SÖZÜ RÜSTƏM İBRAHİMBƏYOV VƏ AYAZ SALAYEV YAZIB

Şahin Xəlil kitabı tərtib edəndən sonra dramaturq və kinorejissor Rüstəm İbrahimbəyova və rejissor Ayaz Salayevə göstərdiklərini deyir: «Hər ikisi kitabı bəyəndi və Ön söz yazdı».

KİTAB SATIŞDA OLACAQ

Kitabın cəmi 300 nüsxə buraxıldığına diqqət çəkən Şahin Xəlil bu tirajın yetərli olmayacağını da bildirdi: «Məncə, 300 nüsxə tezcə alınacaq. Kitabda məşhur filmlərdən yüksək keyfiyyətli ağ-qara fotolar da var».

Artıq ötən şənbə Kinematoqrafçılar İttifaqında «111 film» kitabının təqdimat mərasimi də keçirilib.

Gənclərin növbəti layihəsi «Hər ölkənin ən yaxşı filmi» olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG