Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 20:02

Putin müdafiə nazirini dəyişdi


Arxiv foto: Sergei Shoigu Anatoly Serdyukov-u təbrik edir, 9 oktyabr
Arxiv foto: Sergei Shoigu Anatoly Serdyukov-u təbrik edir, 9 oktyabr
-

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Anatoly Serdyukovu işdən azad edib.

O, Moskva Vilayət Qubernatoru Sergei Shoigunu müdafiə naziri vəzifəsinə gətirib.

Putin qərarını «Müdafiə Nazirliyində aparılan tədqiqatın obyektivliyinə şərait yaradılması» zərurəti kimi izah edib.

Ötən həftə Rusiya Təhqiqat Komitəsi hərbi əmlakın satışında dələduzluğa yol verilməsi ittihamı ilə araşdırmanın başlandığını bildirib.

Serdyukov 2007-ci ilin fevralından Rusiyanın müdafiə naziri postunu tuturdu.

Shoigu isə 1994 və 2012-ci illər arasında Rusiyanın fövqəladə hallar naziri olub.

O, bu ilin mayında Moskva vilayətinin qubernatoru təyin edilmişdi.
XS
SM
MD
LG