Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:06

Polşanın «Rzeczpospolita» qəzetinin baş redaktoru işdən azad edilib


Polşanın «Rzeczpospolita» qəzetinin baş redaktoru və daha 3 əməkdaşı işdən azad ediliblər.

Buna səbəb qəzetin 2010-cu ilin aprelində Smolennsk ətrafında qəzaya düşmüş Polşa prezidentinin təyyarəsində partlayıcı izləri aşkar edilməsilə bağlı material dərc etməsi olub.

Material oktyabrın 30-da dərc olunub.

Amma Polşanın Hərbi Prokurorluğu elə həmin gün bu məlumatı təkzib edib.

Bundan sonra redaksiya da məlumatın səhv olduğunu etiraf edir.

Həmin qəza nəticəsində Polşa prezidenti Lekh Kachinski də daxil olmaqla 96 adam öldü.
XS
SM
MD
LG