Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:51

Dəməşqdə parlament sədrinin qardaşı öldürülüb


Suriya parlamentinin sədri Jihad Lahamın qardaşı Mohammad Osama Laham bu gün Dəməşqdə öldürülüb.

Rəsmi SANA agentliyinin məlumatına görə, naməlum adamlar onun maşınını atəş tutub.

Hazırda Dəməşqin bir neçə rayonunda hökumət və müxalifət birləşmələri arasında ağır döyüşlər gedir.

Üsyançıların dünən Hələb şəhərində Suriya rejimini dəstəkləyən nümayişçiləri atəşə tutması nəticəsində a nəfər ölüb.

Həmçinin suriyalı hüquq müdafiəçiləri İsrail sərhəddi yaxınlığında yerləşən bir sıra yaşayış
məntəqələrinin havadan bombalandığını xəbər verirlər.
Xəsarət alanlar barədə hələlik məlumat verilmir.
XS
SM
MD
LG