Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:49

1956-cı il qiyamının iştirakçısı olmuş ədəbiyyatşünas dünyadan köçdü


ABŞ -- Omry Ronen
ABŞ -- Omry Ronen
-

Tanınmış filoloq-alim Omri Ronen ABŞ-da insultdan vəfat edib.

Xəbəri Lenta.Ru saytı yayıb.

Onun 75 yaşı vardı.

Ronen Odessada macar ailəsində doğulub.

1950-ci illərdə Macarıstanda yaşayıb, Budapeşt Universitetinin əvvəlcə fizika, sonra isə filologiya fakültəsində təhsil alıb.

1956-cı ildə Budapeştdə Sovetlər əleyhinə keçirilmiş məşhur üsyanın iştirakçısı olub, üsyandan sonra Yuqoslaviyaya qaçıb, oradan İsrailə gedib.

Macar adını - İmre Sereni Omri Ronenlə əvəzləyib. Orada İsrail Universitetini, daha sonra Harvard Universitetinin aspiranturasını bitirib.

İsrail Universitetində, Harvard və Yel universitetlərində çalışıb.

1985-ci ildən Miçiqan Universitetində dərs deyirdi.

Ronen XX əsr rus poeziyasının, öncəliklə Mandelştamın yaradıcılığını öyrənməklə məşğul idi.

Onun "An Approach to Mandelstam"(1983) kitabı mandelştamşünaslığın sütunlarından sayılır.

XX əsr rus ədəbiyyatının bütün nəhəngləri - Vladimir Nabokov da daxil, Ronenin tədqiqat obyekti idi.

Tanınmış filoloq rus ədəbiyyatının “Gümüş əsri” fenomeninə ayrıca kitab həsr etmişdi.
O, təkcə görkəmli filoloq deyil, usta esseçi kimi də tanınırdı.

"Звезда" jurnalı onun yazılarını müntəzəm çap edirdi.

Bu yazılardan 3 kitab toplanıb nəşr edilib--"Из города Энн", "Шрам" və "Чужелюбие".
XS
SM
MD
LG