Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:19

«ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, ikitərəfli əməkdaşlıq davam edəcək»


Əli Həsənov
Əli Həsənov
-

Rəsmi Bakı bəyan edib ki, ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, ikitərəfli əməkdaşlıq davam edəcək.

«Düşünürəm ki, kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasında əlaqələr və əməkdaşlıq davam edəcək. Hər iki namizədə həyata keçirdikləri seçki kampaniyasının bəhrəsini görməyi arzu edirik. Amma iksindən biri seçilməlidir. Biz kimə nə arzu etməyimizdən asılı olmayaraq, Amerika xalqı öz taleyini həll edəcək, iki şəxsdən biri seçiləcək». Bunu noyabrın 6-da jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Trend-in məlumatına görə, PA rəsmisi bildirib ki, Azərbaycanla ABŞ bir çox sahələrdə strateji tərəfdaşlığa malikdir, əməkdaşlıq edir.

«Xüsusən beynəlxalq sülhyaratma proseslərində biz ABŞ-la dünyanın müxtəlif qaynar nöqtələrində iştirak edirik, o cümlədən beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırıq. Enerji sahəsində transmilli layihələrin həyata keçirilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycan ABŞ-la ciddi əməkdaşlığa malikdir. Demokratiya, demokratik inkişaf, söz, mətbuat, məlumat azadlığı, vətəndaş cəmiyyəti quruculuğu və daxili siyasətin digər məsələləri üzrə biz ABŞ-la əməkdaşlıq edirik», Həsənov deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG