Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Ahıllar Vasif Talıbova minnətdarlıqlarını bildiriblər


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 2 oktyabr 2012. sayı: 186 (20.591)


MUXTAR RESPUBLİKADA KEÇİRİLƏN NÖVBƏTİ İMƏCİLİKLƏRDƏ YAŞILLIQLARA AQROTEXNİKİ QULLUQ GÖSTƏRİLİB

Sentyabrın 29-da ənənəvi olaraq muxtar respublikanın şəhər və rayonlarında iməciliklər keçirilib. «Əshabi-Kəhf» ziyarətgahına gedən yolun sağ və sol hissələrində, Naxçıvan – Sədərək və Naxçıvan – Batabat yolunun kənarlarında, Naxçıvan şəhərinin bütün park və xiyabanlarında yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Şərur rayonunda keçirilən iməciliklərdə də əhalinin mütəşəkkilliyi müşahidə edilib. Şərur şəhərinin park və xiyabanlarında yaşıllıqlara aqrotexniki qulluq edilib.

Babək rayonunun sakinləri isə «Əshabi-Kəhf» ziyarətgahına gedən yolun sağ və sol hissələrində, rayonun bütün qəsəbə və kəndlərində yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.

Ordubad rayonunun sakinləri Ordubad şəhərinin park və xiyabanlarında, mərkəzi xəstəxananın ərazisində, Qazi massivindəki 27 hektarlıq meyvə bağında, rayonun bütün qəsəbə və kəndlərində yaşıllıqlara qulluq ediblər.

Kəngərli sakinləri Çalxanqala kəndində yeni inşa olunan binaların ətrafında 500 ədəd meyvə, 100 ədəd həmişəyaşıl ağac, 400 ədəd gül kolu əkiblər. Həmin gün rayonun bütün qəsəbə və kəndlərində təmizlik işləri görülüb, yaşıllıqlara aqrotexniki qulluq edilib.

BEYNƏLXALQ AHILLAR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR KEÇİRİLİB

...Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova çıxışında bildirib ki, Şahbuz rayonunda yaşayan ahılların güzəranının yaxşılaşdırılması, onların sağlam həyat tərzində yaşamasının təmin edilməsi istiqamətində mühüm işlər görülür.

Sağlamlıq imkanlar məhdud ifaçılar ahıllar evinin sakinləri qarşısında musiqi proqramı ilə çıxış ediblər.

Sonda sakinlərə bayram sovqatı verilib.

Qeyd edək ki, Beynəlxalq Ahıllar Günü münasibətilə muxtar respublikanın bütün rayonlarında tədbirlər keçirilib. Bu tədbirlərdə 623 ahıla bayram sovqatı təqdim olunub.
Göstərilən diqqət və qayğıya görə ahıllar ölkə başçısı cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbova minnətdarlıqlarını bildiriblər.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Prokurorlar peşə bayramlarını qeyd ediblər
- Üzgüçülük üzrə muxtar respublika birinciliyi
- Naxçıvanlı gənclər estafeti qoruyacaq
XS
SM
MD
LG