Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:31

Gəncədəki İstilik İdarəsi ləğv edilib


-
Bu barədə «Azəristilik» ASC-nin Gəncədə nümayəndəsi Əsəd Xudaverdiyev məlumat verib.

Artıq bütün işlər mərkəzdən idarə olunur. Hansısa kiçik təmir işləri belə artıq mərkəzdə fəaliyyət göstərən ofisin təşəbbüsü ilə icra ediləcək. Nümayəndə bunu tələbatın az olması ilə əlaqələndirir.

Əsəd Xudaverdiyev deyir ki, hazırda Gəncədə 5 obyektin yeni istilik sistemi ilə təmin olunması planlaşdırılır.

Ötən il Gəncədə 6 obyektin istilik sistemi var idi. Onlardan 4-ü səhiyyə, 2-si isə təhsil müəssisəsi idi. Lakin bu il daha 5 obyektin istilik sistemi də istifadəyə veriləcək.
XS
SM
MD
LG