Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Gəncədə iki pakistanlı ailə saxlanıb


-
7 nəfərlik ailənin ölkəyə qeyri-qanuni yolla daxil olması müəyyənləşib.

Bu barədə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, polis əməkdaşları Azərbaycanın sərhədini qeyri-qanuni keçərək Gəncə şəhərinə gəlmiş 2 kişi, 2 qadın və 3 uşaqdan ibarət pakistanlıları saxlayıb. Onlar Gəncənin «Gəc zavodu» adlandırılan ərazisində çadır quraraq orada məskunlaşıblar.

Saxlananlar – urdu millətinə mənsub iki pakistanlı əmioğlunun ailəsinin üzvləridir. İlkin araşdırmalar zamanı onlar bildiriblər ki, Pakistandan İrana, ordan da Biləsuvar istiqamətindən Azərbaycana keçiblər, əvvəlcə Bakıya, ordan isə Gəncəyə gəliblər. Qeyri-qanunu miqrantlardan yalnız 2 nəfərin – ailə başçıları olan kişilərin sənədləri var.

Saxlanan pakistanlılar bildiriblər ki, Azərbaycana ölkələrində üzləşdikləri maddi çətinliklər ucbatından üz tutublar və məqsədləri burada iş taparaq ailələrini dolandırmaq olub.

Saxlananlar müvafiq araşdırmalardan sonra Azərbaycan Dövlət Miqrasiya Xidmətinə təhvil veriləcəklər. Onlar haqqında Azərbaycan Cinayət Məcəlləsinin dövlət sərhədini qeyri-qanuni keçmə hallarını ehtiva edən 318-ci maddəsi ilə iş açılması da istisna deyil.
XS
SM
MD
LG