Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:34

Qəzza zolağında İsrail əsgərləri bir fələstinlini öldürüb


Fələstin mediası xəbər verir ki, bazar günü sərhəd hasarına yaxınlaşan 20 yaşlı oğlan açılan atəşlə yaralanıb.


Məlumatlara görə, yaralı şəxsi qan aparıb, çünki İsrail hərbçiləri Fələstin tərəfinin təcili yardım maşınını yaxına buraxmayıblar.

İsrailin ordu rəhbərliyinin sözçüsü əsgərlərin təhlükəsizlik hasarına yaxınlaşan şübhəli şəxsə atəş açdığını təsdiqləyib. Açıqlamaya görə, hərbçilər əvvəlcə xəbərdarlıq atəşi açıblar, amma adam İsrail ərazisinə doğru hərəkətinə davam edib.
XS
SM
MD
LG