Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:20

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11.7 mlrd. dolları ötüb


-
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2012-ci il noyabrın 1-nə 11 743.2 mln. dollar təşkil edib ki, bu da ötən ilin noyabrın 1-nə nisbətən 4 714/6 mln. dollar və ya 67.1% çoxdur.

AMB-dən APA-ya verilən məlumata görə, bu ilin oktyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 236.7 mln. dollar və ya 2.1% artıb.
2010-2011-ci illərdən fərqli olaraq, bu il ərzində valyuta ehtiyatları üzrə artım dinamikası kəskin deyil. Ümumilikdə, ilin əvvəlindən artım 1 261.7 mln. manat və ya 12.0% təşkil edib. Müqayisə üçün: 2010-cu ildə artım 1 245.9 mln. manat və ya 24.1%, 2011-ci ildə isə 4 073.9 mln. manat və ya 63.6% təşkil edib.

Lakin qeyd olunmalıdır ki, təkcə ötən ilin dekabrında valyuta ehtiyatları birdən-birə 3.454 mlrd. dollar və ya 49.2% artıb və bu artım Mərkəzi Bankın dekabr ayında bazardan valyuta vəsaitlərini iri həcmdə alması ilə əlaqədar olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG