Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Azərbaycan prezidentinin rəsmi internet səhifəsi yenilənib


-
Azərbaycan prezidenti İlham Əliyevin rəsmi internet səhifəsi yenilənib.

Səhifədə müasir internet texnologiyalarından istifadə olunaraq yenilənmələr aparılıb ki, bu da səhifənin daha da oxunaqlı olmasını təmin edib.

İnternet səhifədə həmçinin «Azərbaycan: 2020 Gələcəyə Baxış» inkişaf konsepsiyası ilə tanış olmaq mümkündür. İnternet səhifədə prezident İlham Əliyevin keçirdiyi görüşlər, imzaladığı sənədlər, dövlət başçısının fəaliyyəti operativ şəkildə işıqlandırılır, bütün xəbərlər foto və video materiallarla müşayiət olunur.

Saytın rus və ingilis versiyaları da mövcuddur. /apa/
XS
SM
MD
LG