Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Ucqar kəndlərdə internetin sürəti 5 Mbit/s-ə çatdırılacaq


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanda 2015-ci ilin sonuna kimi genişzolaqlı internetin tammiqyaslı tətbiqi tamamlanacaq.

Bunu Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bəyan edib.

O deyib ki, layihənin reallaşmasından sonra ölkənin ucqar kəndlərinə 5 Mbit/saniyə, rayon mərkəzlərinə 30 Mbit/saniyə, iri şəhərlərə isə qiqabitlə ölçülən internetə çıxış sürəti veriləcək.

Layihə çərçivəsində 18 min km uzunluğunda optik xətlərin çəkilməsi planlaşdırılır.

Nazir müavini müqayisə üçün bildirib ki, hazırda ölkə üzrə rabitə xətlərinin ümumi uzunluğu 6-7 min km təşkil edir. Layihənin reallaşmasına 400 mln. manatdan artıq investisiya yatırılması nəzərdə tutulur. /APA/

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG