Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:56

Alatoran 18 - Çağdaş alman ədəbiyyatı özəl sayı


-

Müasir alman ədəbiyyatında hansı proseslər gedir, almaniyalı yeni nəsil yazarları düşündürən mövzular nələrdir?

İstər azərbaycanlı gənc yazarlar, istərsə də adi oxucular üçün bu sual maraqlı ola bilər.

Dünya kitab bazarının mərkəzi olan Almaniyada yazıçıların yaradıcılıq axtarışları da şübhəsiz Azərbaycan ədəbiyyatsevərləri üçün son dərəcə önəmlidir.

Bu baxımdan "Alatoran" jurnalının həyata keçirdiyi yeni layihə oxucular üçün gözəl imkanlar yaradır.

Jurnalın 18-ci sayı bütünlüklə yeni alman ədəbiyyatına həsr olunub. Gothe İnstitute tərəfindən dəstəklənən bu layihədə əsərlərin və müəlliflərin seçimini də almaniyalı ədəbiyyat eksperti Mark Deqens aparıb.

1954-1971 ci illərdə doğulmuş müasir alman müəlliflərindən səkkiz nəsr nümunəsi seçilib.

Seçilmiş müəlliflər, heç bir halda təsadüfi olmayıb, ədəbiyyat ekspertinin şəxsi zövqü əsasında toplanıb.

Bütün müəlliflər Almaniyada tanınan ədəbiyyat mükafatlarına layiq görülmüşlər, kitabları geniş oxucu kütləsi tərəfindən bəyənilmiş, həmçinin yazıçılıqda ciddi inkişaf yolu keçmişlər.

Əsərləri alman dilindən Zaur Səttarlı, Qurban Dağlı, Gülarə Heydərova və Namiq Hüseyinli tərcümə etmişlər. Jurnalın üz qabığında və iç səhifələrində almaniyalı modernist rəssam Marion Albrecht-in rəsmlərindən istifadə edilib.

Alatoran dərgisinin bu yeni sayı Bakı Metropoliteni şəbəkəsində yerləşən köşklərdə satılır.

"Alatoran"

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG