Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:03

ACP sədri Sülhəddin Əkbər və daha 8 nəfər saxlanıb


Sülhəddin Əkbər
Sülhəddin Əkbər
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər və daha 8 nəfər bu gün Sumqayıtda saxlanıblar.

Onlar Klassik Xalq Cəbhəsi Partiyası Sumqayıt şəhər təşkilatının qərargahında Acıq
Cəmiyyət Partiyasının yerli təşkilatının konfransını keçirmək istəyirmişlər.

Bu barədə AzadlıqRadiosuna Sülhəddin Əkbərin özü məlumat verib.

Onlar 3-cü polis bölməsinə aparılıb, bir qədər sonra Sülhəddin Əkbər və onun sürücüsü sərbəst buraxılıb.

Digər saxlananların da izahat alındıqdan sonra buraxılacağı bildirilib.

Sumqayıt şəhər polis şöbəsindən onlarda belə bir məlumat olmadığı bildirilib.
XS
SM
MD
LG